Mahnının Sözləri
1-ci bənd
Uçurduq baharı köçəri quş tək
Tutmuşam əlimdə bir boş ürəyi
Çırpın qayalara atın sulara
Qoymayın üstümdə bu daş ürəyi
Nəqarət
Pərvanə ömrüdür yanıb çağladı
Düşən yarpağında qəmim saxladı
İtirib ağladı,tapıb ağladı
Neynirəm bele bir sərxoş ürəyi
2-ci bənd
Dağ gücü yığmışdım biləklərimə
Getdi yerin-göyün küləklərinə
Alıb əllərimdən nəyin yerinə
Asdılar içimdən bir quş ürəyi