8
  • 0
  • 0
  • 0
  • 0
Dj MyWap 2 il əvvəl - Azərbaycan POP musiqisi, albomda: Nəzrin

Nazryn - Pərvanə

Sənə bir pərvanənin nağılını danışım.

Bir gün barama içərisində kiçik bir dəlik yaranır və o balaca dəlikdən pərvanə azad olmağa çalışırdı.Təsadüfən yanından keçən bir adam saatlarla dayanıb bu mənzərəni seyr edirdi.Uzun zaman oldu və pərvanə sanki bütün gücünü itirmiş,dəlik isə elə helə də kiçik qalmışdı.Elə bil ki,pərvanə əlindən gələn hər şeyi etmişdi və daha gücü qalmamışdı.Bunu görən adam pərvanəyə kömək etmək qərarına gəlir və əlinə bıçağı alıb baramanı kəsir.Pərvanə anında baramadan çıxır,amma bədəni zəif,qanadları inkişaf etməmiş.Adam ona baxdı...baxdı...düşündü ki,bu saat kəpənəyin qanadları açılacaq və o göylərə uçacaq. Amma olmadı...Ömrünün sonunadək pərvanə yerdə süründü,qanadları heç açılmadı və göylərə həsrət qaldı.Çünki ona yardım edən insan əslində işin əslini bilmirdi.Pərvanənin baramadan çıxmaq üçün sərf etdiyi güc onun bədənindən ifraz olunan mayenin köməkliyi ilə qanadlarının qalan qismini tamamlayıb onları bərkidir ki,uça bilsin.Həyat pərvanəni bu çətinliyi keçməyə məcbur edir ki,inkişaf edərək səmaya,yüksəyə qalxa bilsin.Bəzən məhz güc,çətinlik bizə bu həyatda ən çox lazım olandır.Əgər səhvlər və çətinliklər olmasaydı,yüksəlməyin nə olduğunu anlamazdıq.Hərdən bərkimək üçün bu gücü sərf etməlisən.
Bizim hekayənin pərvanəsi sərf etdiyi güc,keçdiyi mərhələdən peşman deyil.Zamanla öz baramasından çıxmağa qorxan pərvanəmiz azadlığına qovuşaraq baramadan daha yaxşı,daha uca,daha yüksək bir səmaya sahib oldu.
Varmı burda pərvanələr?🦋
Dəyərli dinləyicilər! Sizlərə sevgi trilogiyasının üçüncü hissəsi olan “Pərvanə” adlı yeni əsərimi təqdim edirəm. Trilogiyanın ilk hissəsi olan “Sənlə olmaz ki” mahnısı hər kəsin qəlbində mümkünsüz sevgilərini oyatdı. “Olmaz ki, biz ikimiz...” sözlərindən sonra baş verən son görüşdə xəyallardan, "İlluziya"-dan danışılır. Üçüncü hissədə isə sevgisindən Pərvanə kimi divanə olan qəhramanımız nəhayət ki, baramasını tərk edib göylərə qanad açır. Baramasının ona qəfəs olduğunu anladıqdan sonra əslində necə də möhtəşəm bir pərvanə olduğunu, öz işığına aşiq olduğunu anlayır. Beləliklə trilogiyamız bitdi, amma bundan sonra sizləri yeni hekayələrin qəhramanları ilə tanış edəcəyik. Yalnız real hadisələrə əsaslanan əsərlərimizin dünyasına xoş gəlmisiniz!
İlk öncə təşəkkür edirəm dinləyicilərimə! Əziyyətimi, musiqimi dəyərləndirdiyiniz üçün minnətdaram! Çoxsaylı ismarıclar, real hadisələr, paylaşılan hekayələriniz əsasında həyatlarımızı musiqiyə çevirdik! Çox sağ olun hər bir xoş və nəcib davranışınız üçün! Və məni ilk sözümdən anlayan komandama təşəkkür edirəm! Sizi sevirik, siz bizim musiqimizi sevdiyiniz qədər!

#nazryn #ambient #downtempo #fidanaliva #pervane #electronic

:: / ::