Nicat Mənalının yeni mahnısı "Bəlalı Könlüm"
Bəlalı Könlüm - Sözlər:
Nəqarət:
Mənim bu bəlalı könlum təzə sevdaya düşüb
Gözüm gözü can alan nərgizi şəhlaya düşüb
Bəndlər:
Ürəyim hər gözəlin eşqinə salmazdı meyl
Bu gözəl yarə könül verməyim ağlımda deyil
Necə vəsf eyləyim ol yarı o sanki elə bil
Ərşı əladakı bir huridi dünyaya düşüb
Zülfü ruyində niqabi dinə zülmətdi dedim
Göstərincə o hüsnü camali qəm qüssə yedim
Üzünün nurunu gördükdə elə zənn elədim
Bir qaranlıq gecə ay şöləsi dəryaya düşüb
Qəlbimin daği tək o yarımın həsrət dağıdır
İntizar içində gözlər yenə leysan axıdır
Bu sevgi kəlmələri dərdli ürəyimin yağıdır
Axıb qələmin mürəkkəbiylə misraya düşüb
Dərdimi bilməsədə dərd ortağı eşq həmdəminin
Nə fayidə o zaman aşiqə yar məlhəminin
Dəlilikdirsə əgər şərti bu eşq aləminin
Deyin o Leyliyə Məcnun daha səhraya düşüb
#NicatMenali #BelaliKonlum #NicatBelaliKonlum