Kərim Novruzov • Divanə Kimi
Saldı eşqin məni bu çöllərə divanə kimi,
Həsrətin yaxdı məni, odlara pərvanə kimi.
Bəs deyilmi bu qədər qəlbimi üzdün mələyim,
"Yox" deməkdən nə usandın, nə də bezdin mələyim,
Ürkək-ürkək məni bir yol elə süzdün mələyim,
Ürəyim titrədi sinəmdə zərif nanə kimi.
Baxışın qarşısında çətinki bir kəs dayana,
O qara gözlərinə baxan gərək odda yana,
Səni ilk dəfə gözüm gördüyü andan buyana,
Çəkilib ərşə yuxum, sübhü-obaşdanə kimi
Çıxarıb canımı təndən ay üzün, şux yerişin,
Xumar gözünlə, hilal qaşların, zərif gülüşün,
Ləbin şəkər, yanağın al, hələ mirvari dişin,
Dodağın altda düzülmüş necə dürdanə kimi
Bilirəm musiqiyə sənətə çoxdur həvəsin,
Ən zərif musiqidən incə məlahətli səsin,
Fəsli yazdan gətirən müjdə təravət nəfəsin
Eyləyib gör necə meysiz, məni məstanə kimi.
Eşqimi elan edən də sənə ah-vay elədin,
Elə bir "yox" dedin ki, göz yaşımı çay elədin,
Aqibət də məni məcnun deyə rüsvay elədin,
Düşüb indi sorağım aləmə əfsanə kimi.
Rəhm qıl aşiqinə hərdən onu yad eylə,
İllərlə naşad olan qəlbini, bir şad eylə.
Al sınıq könlün hələ, bir kərə abad eylə
Qoyma qalsın bu könül xanəsi-viranə kimi.
Səni mən and verdim ilahinin varlığına
Nə səbəb var, de bilim, bəs bu inadkarlığına.
- "Vurğunam təkcə" dedin, "Kərim sənətkarlığına",
- "Sənə yoxdu bənzəri, bir əhli-meyxanə kimi"
Musiqi, çalğı siyahıları və hesabınıza giriş əldə edin
Bu treki silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu postu silmək istədiyinizə əminsiniz?
Bu treki dinləməyə davam etmək üçün mahnını satın almalısınız.
Bu trekdə 18 yaşdan kiçik tamaşaçılar üçün yaş məhdudiyyəti var!!!, Yaşınızı təsdiqləmək üçün hesab yaradın və ya daxil olun.
5536913889404949
Account number / IBANAntoian Kordiyal
Account nameTGBATRISXXX
Routing codeUnited States
CountryQəbzi yükləyin
Are you sure you want to buy a ticket?