I bənd
Gündüzlər hamının üzünə gülüb,
Hər kəsin könlünü oxşayar qadın.
Bəzəndə hamıdan ürəyi sınıb,
Səssizcə gecələr ağlayar qadın.
Keçid
Qadın əmanətdir,
Mələkdir yer üzündə,
Ürəyini şad etsən,
Sevinc olar gözündə.
Nəqarət
Qadın bir varlıqdır,qədrin bilənə.
Qadın bir zinyətdir,onu sevənə.
Qadın bir dəryadır,dəyər verənə,
Yetər ki,sən onun qəlbinə dəymə.
Il bənd
Ağardar saçını övlad yolunda.
Dözər hər cəfaya olsada çətin.
Bəlkədə biləndə çox gec olacaq.
Qadının qədrini vaxtında bilin.
#RuslanSeferoglu #QadinEmanetdir #GulyanaqMemmedova