Gözümdәn uzaqlaşır yar, o vaxt hәlә qısa saçlar
Toz olur külәklә ayaq izlәri, addımları asta
Bu dәfә ölәn hәr iki tәrәf oldu, kimsә qalmadı hәyatda
İki yarpaq yan-yana sarala bilirmiş bir ağacda
Önümdә dәrd süfrәsi eşqә möhtac ölürәm acından
Dәysә dә xәtrinә cümlәlәrim, unuda bilir әn azından
Әrz elәdikcә vidasını, süzülür yaş yanağından
Mәnә görә dәrd çәkdiyi mәqamlarsa gözәl hәr halından
Sözlәri zәhәr dadında, özlәmi qәhәr bağında
Solan gülün fәrağındaydı, hәr anı qalıb yadımda
Gözü, qaşı, saçları, әllәri, barmaqları, gözәl camalı
Qocalıb eşqin ahından, ömrün әn gözәl çağında
Ayırıram tökülәn saçlarını mavi әlbisəsindәn
Gözümdәn axan xatirәlәr batır qәm dәrәsindә
Mәnә qulaq asanda ağlayar otağın pәncәrәsindә
Nә qәdәr darıxdığımı başa düşәr kәdәrli sәsimdәn
Sevə bilmərəm əvvəlkitək
Dinə bilmərəm, sevsəm belə
Yola salaram son mənzilə səni
Çoxdan solub əlimdə ləçəklər
Gəlirəm
Bir ovuc torpağın həsrətindədir əllərim
Amma mən
Sənin əvəzinə hər dəfə gül dərirəm
Bu sevgi söz xәzinәsi idi hansı ki, onlarla mahnı yazdırıb
O kobud cümlәlәrimin incә notlar idi yastığı
Qopardığı güllәrdәn alır ayrılığın qisasını
Vә yaralı qanadlarla çirklәndirir ağ libasını
Qaça bilmir mәndәn hәsrәtim ardınca gedir
Yağış saçlarını sığallayır hәzin axınıyla yelin
Sevgi mәalıyla keçir adın ömrümün tәsvirindә
"Geri gәl" deyә bilmirәm, әlvida düyünlәnir dilimdә
Sәni gözәl yaza bilmirәm köhnә şeirlәrdәkitәk
Qәlbindәsә doğma gәlmir eşq ötәn illәrdәkitәk
Gәl sözdәn cümlә tikәk, hәrflәrdәn hekayә
Sәn yuxuma daimi sakinsәn qollarıma kirayә
Qollarıma kirayә
... Orda bir ev var
Hansı ki, xatirәlәrlә dolubdur orda bir eyvan
İnan ki, yoxdur bir dәrmanım hala yanan olsun
Sәnin varlığın da, yoxluğun da yalan onsuz
Hәr sәtrim haram olsun
Sevə bilmərəm əvvəlkitək
Dinə bilmərəm, sevsəm belə
Yola salaram son mənzilə səni
Çoxdan solub əlimdə ləçəklər
Gəlirəm
Bir ovuc torpağın həsrətindədir əllərim
Amma mən
Sənin əvəzinə hər dəfə gül dərirəm
Вы уверены, что хотите удалить этот трек?
Вы уверенны, что хотите удалить этот комментарий?
Вы уверенны, что хотите удалить этот комментарий?
Вы уверены, что хотите удалить эту запись?
Чтобы продолжить прослушивание этого трека, вам необходимо приобрести песню.
Этот трек ограничен по возрасту для зрителей младше 18 лет, Создайте аккаунт или войдите, чтобы подтвердить свой возраст.
5536913889404949
Account number / IBANAntoian Kordiyal
Account nameTGBATRISXXX
Routing codeUnited States
CountryЗагрузить квитанцию
Вы уверены, что хотите купить билет?