2
  • 0
  • 0
  • 0
  • 0
Dj MyWap Yayınlanan 2 yıl önce Tür Azerbaycan POP müziği, albümde: Nəzrin

Nazryn - Məndə bir dünya var

-------------------------------------------
Bu videoda həyatımın xoşbəxt və özəl anıları var.
-------------------------------------------
Kiminsə dünyasını sevmisən?
.
Bu dünyada hər kəsin içində bir sərvət yatır, 7 mlrd-dan çox dünyalar var əslində
.
Daim kəsişən, ilişən, savaşan dünyalar içinə özümüzü sığdırdıq, amma bu Kainata bəzən heç özümüzü sığdıra bilmədik ki...özümüzü tapıb, öz dünyamızı sevəndən sonra içimizdəki sevgimizi xaricə, digər dünyalara yönəltməyə başladıq
.
Bəzən sevmədik başqa dünyaları, bəzən yapışdıq və qopmamaq üçün öz dünyamızı məhv etdik, bəzən isə elə özümüzlə kifayətləndik
.
Bilirsən, hərdən səni sevməyə bilərlər sevdiklərin və bu çox normaldır, hərdən onlar sənin sərvətini tükədərək daha çoxunu almaq istərlər və sənin sevgin tükəndikdən sonra quruyarsan, solan gül kimi onlardan aldıqları sərvəti dilənərsən və verməzlər
.
Hərdən sevdiklərin səni boğmağa başlayarlar, sənin nəfəsini kəsib dünyanı darmadağın etməyi özlərinə borc bilərlər, öz dünyalarını kənara atıb sanki sənin dünyan daha önəmliymiş kimi qarışarlar, ordakı insanları, maraqları, düşüncələri dəyişib *biz sənin yaxşılığın üçün belə edirik* deyərlər
.
hərdən isə sadəcə sənin dünyana heyran qalar sevdiklərin, güllərini sulayarlar, əzizləyərlər, səndən aldıqları sərvətindən möhtəşəmliklər yaradarlar, sənin toxumlarından meyvə bağçası edərlər və onlarla hüzur hiss edərsən
.
Mənim dünyamın da dağılan, tükənən, ara-sıra çiçəklənən dövrləri oldu, özümü sorğuladığım zaman aldığım cavablardan daha çoxunu yaratdım
.
Anladım ki, əsas məqsəd - dağıtmaq yox, yaratmaq imiş. Bu Kainatda hər şeydən nələrsə yaranır, dağınıqlardan belə
.
Və bu gün dünyam zəngindir, rahatdır, hüzurludur, bəzən büdrədiyimiz zamanımız olacaq, amma bu belə çox normal və müvəqqətidir, dünyamın hər küncündə dadlı vaxtlarım var : sevincim, üzüntüm, çıxıb gedənlər, daim dünyamı sevənlər, səhvlərim, düzlərim...
.
Unutma ki, Kainatın ən dadlı, ən mükəmməl dünyası sənin daxilindədir və hər nə olursa olsun düşün ki, burada tək dünya sən olsan nə edərdin? Kimləri yanında istərdin? Etdiyin nə qədər önəmli olardı?
.
Səndə bir dünya var ki, kiminsə ruhuna dərman ola bilər.
.
Gedən və qalan bütün sevdiklərimin ruhumda bir izi var, məni daha da yaxşı etdiniz.

:: / ::